Merts: Ukrayna tezliklə uzaqmənzilli silahlar alacaq
sizinxeber.az xəbər saytı

Merts: Ukrayna tezliklə uzaqmənzilli silahlar alacaq


Ukrayna qarşıdakı həftələrdə və aylarda Britaniya və Almaniyanın müdafiə sənayesi ilə əməkdaşlıq halında istehsal olunan uzaqmənzilli silah sistemlərini alacaq.

“Report” xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə mətbuat konfransı zamanı bildirib.

“Ukraynaya hərbi dəstək haqqında ətraflı söhbət etdik. Söhbət təkcə hava hücumundan müdafiə sistemi ilə bağlı deyil, həm də Ukraynanın özünü uzaqmənzilli sistemlərlə daha yaxşı müdafiə etmək qabiliyyətindən gedir. Biz bunu uzaq mənzilli atəş adlandırırıq. Ukrayna tezliklə - gələcək həftələrdə və aylarda bu sahədə əhəmiyyətli əlavə dəstək alacaq, o cümlədən Ukrayna ilə qurduğumuz sənaye əməkdaşlığı sayəsində”, - o deyib.

Qeyd edək ki, mətbuat konfransı Böyük Britaniya və Almaniya arasında dostluq müqaviləsinin imzalanmasından sonra baş tutub.

Oxşar xəbərlər

Ukrayna iyulun sonuna kimi ilk uzaqmənzilli silah sistemlərini ala bilər
Ukrayna və Britaniya PUA-ların birgə istehsalı barədə razılaşıblar
Ukrayna tezliklə yeni "Patriot" HHM sistemləri alacaq
Almaniya Ukraynaya silah tədarükünün tarixlərini açıqlayıb
Ukrayna Danimarkadan uzaqmənzilli silahlar alacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər