Kallas: Aİ 18-ci anti-Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib
sizinxeber.az xəbər saytı

Kallas: Aİ 18-ci anti-Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib


Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Slovakiyanın bugünkü Xarici Əlaqələr Şurasındakı mövqeyinə görə tərəflərin Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilmədiklərini bildirib.

“Sizinxeber.az”un Avropa Bürosunun məlumatına görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Şuranın iclasının yekunlarına dair mətbuat konfransında deyib.

“Biz çox yaxın idik, amma təəssüf ki, Rusiyaya qarşı 18-ci sanksiyalar paketini yekun olaraq təsdiq edə bilmədik. Slovakiya bundan imtina etdi. AK prezidenti ölkənin baş nazirinə onu maraqlandıran məsələlərdə ölkəyə dəstəyin necə təmin olunacağına dair təkliflərlə məktub göndərdi. İndi top Slovakiyadadır”, - Kallas qeyd edib.

Oxşar xəbərlər

Kaya Kallas: Aİ Rusiyaya qarşı növbəti sanksiyalar üzərində işləyir
AK Rusiyaya qarşı 17-ci sanksiyalar paketini mayın 20-dək qəbul etməyi planlaşdırır
Aİ Ukraynaya 40 milyard avroluq yardım paketi ilə bağlı razılığa gələ bilməyib
Kaya Kallas: Aİ Rusiyaya qarşı yeni sanksiya paketinin qəbul edilməsinin son mərhələsindədir
Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər