Maduro prezident seçkilərində qalib gəlib  - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Maduro prezident seçkilərində qalib gəlib - YENİLƏNİB


Maduro Venesuelada keçirilən prezident seçkilərində qalib gəlib.

APA TASS-a istinadən xəbər verir ki, Milli Seçki Şurası səslərin 80%-ni hesablayıb.

Milli Seçki Şurası Maduronun Venesuelada keçirilən prezident seçkilərində 51,2% səslə qalib gəldiyini açıqlayıb.

***

08:12

Nikolas Maduronun seçki qərargahı onun Venesuelada keçirilən prezident seçkilərində qalib gəldiyini elan edib

APA TASS-a istinadən xəbər verir ki, Venesuela prezidentliyinə namizəd Nikolas Maduronun qərargahı qələbəsini elan edərək, hamını Milli Seçki Şurasının (CNE) rəsmi nəticələrini gözləməyə çağırıb.

Maduronun seçki qərargahının rəhbəri, parlamentin spikeri Xorxe Rodriges səsvermədə iştirak etdikləri üçün vətəndaşlara minnətdarlığını bildirib.

“Sizə ürəkdən təşəkkür edirik. Yekun nəticələri açıqlaya bilməsək də, üzümüzü sizə göstərə bilərik. Bu qələbə bizim hamımızındır və gələcəyimiz üçün əsas olacaqdır. Təbii ki, biz milli seçki şurasının nəticələrini gözləməliyik, çünki biz ölkəmizin qanunlarına və Venesuela Bolivar Respublikasının Konstitusiyasına hörmət edirik”, - Rodriges bildirib.

Oxşar xəbərlər

Maduronun seçki qərargahı onun prezident seçkilərində qalib gəldiyini elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aleksandr Stubb Finlandiyanın yeni prezidenti olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kobaxidze: Seçkilərdə müxalifət qalib gəlsə, ölkədə Rusiya ilə münaqişə cəbhəsi açılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Venesuelada prezident seçkiləri keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prabovo Subianto İndoneziyada prezident seçkilərində qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər