Zelenski Trampla "çox yaxşı söhbət" edib
sizinxeber.az xəbər saytı

Zelenski Trampla "çox yaxşı söhbət" edib


Ukrayna prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Tramp ilə telefon danışığı keçirib.

"Sizinxeber.az"un məlumatına görə, o, bu barədə sosial şəbəkə hesablarında bildirib.

"Çox yaxşı söhbət oldu. Ukraynaya dəstək vermək və qətlləri dayandırmaq, uzunmüddətli və ədalətli sülh yaratmaq üçün birlikdə işləməyə hazır olduğunuza görə təşəkkür edirəm. Prezident Tramp NATO-nun baş katibi Mark Rütte ilə görüşü barədə danışdı. Aramızda belə yaxşı münasibətlərin olması və NATO ölkələrinin müdafiə xərclərini artırmağa çalışması vacibdir. Prezidentlə insanları Rusiyanın zərbələrindən daha çox qorumaq və mövqelərimizi gücləndirmək üçün lazımi qərarları müzakirə etdik. Sülhə nail olmaq üçün maksimum məhsuldar işləməyə hazırıq. Daha tez-tez zəngləşmək və addımlarımızı koordinasiya etmək barədə razılığa gəldik. Təşəkkür edirəm, cənab prezident! Təşəkkür edirəm, Amerika!" - Zelenski qeyd edib.

Oxşar xəbərlər

Tramp və Zelenski NATO sammiti çərçivəsində görüşüblər - YENİLƏNİB
Zelenski Trampla telefon danışığını ən yaxşı söhbət kimi qiymətləndirib
Merts: Biz artıq indidən Ukraynanın bərpası barədə düşünməliyik
Zelenski Qərb liderlərilə Ukraynanın silahlandırılmasını müzakirə edib
Zelenski Avstraliyanın Baş nazirini Ukraynaya dəvət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle