Tramp və Zelenski NATO sammiti çərçivəsində görüşüblər - YENİLƏNİB
Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ lideri Donald Tramp Haaqada keçirilən görüşləri zamanı atəşkəsə nail olmaq və davamlı sülh üçün addımları müzakirə ediblər.
“Sizinxeber.az”un məlumatına görə, bunu Zelenski öz teleqram kanalında bildirib.
"Prezident Trampla əhəmiyyətli olan bütün məsələləri əhatə etdik. Amerika Birləşmiş Ştatlarına təşəkkür edirəm. İnsanlarımızın necə qorunmalı olduğu barədə danışdıq. Diqqəti və sülhün yaxınlaşmasına kömək etmək istəyini qiymətləndiririk. Təfərrüatlar - sonra", - o yazıb.
Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Lideri Donald Tramp Haaqada keçirilən NATO sammiti çərçivəsində görüşüblər.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "RBK-Ukraina" məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl hər iki lider Haaqada görüşməyi planlaşdırdıqlarını bəyan etmişdilər. Xüsusilə, bu gün D.Tramp V.Zelenski haqqında müsbət fikir bildirərək qeyd edib ki, onlar Ukrayna üçün problemli məsələləri müzakirə edəcəklər.
Oxşar xəbərlər
“Politico”: Tramp Zelenski ilə bu gün NATO sammiti çərçivəsində görüşməyi planlaşdırır
Zelenski G7 sammiti çərçivəsində Trampla görüşməyi planlaşdırır
ABŞ lideri: Ukrayna heç vaxt NATO üzvü olmayacaq, Zelenski bunu anlayır
Tramp Zelenski ilə telefonla danışmaq niyyətindədir
Zelenski: Ukrayna 30 günlük atəşkəsə hazırdır - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













