sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İngiltərədə kiçikmühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
İngiltərənin şimalında kiçikmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə Şimali Yorkşir qraflığının polisi məlumat verib.
Məlumata əsasən, pilot və sərnişini kənd ərazisində təyyarənin yerə çırpılması nəticəsində həlak olublar.
“İkiyerli kiçikmühərrikli təyyarə qəzaya uğrayaraq tarlaya düşüb. Təəssüf ki, təyyarədə olan 20-30 yaşlarında iki kişi – pilot və sərnişin həlak olub”, – polisin məlumatında deyilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Viskonsin ştatında təyyarə qəzası nəticəsində iki nəfər həlak olub
Nepalda təyyarə qəzasında ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB-2
Belçikada təyyarə avtomobillə toqquşub, ölənlər var
Keniyada hərbi helikopter qəzaya uğradı: Azı səkkiz nəfər həlak oldu
Təcili: Rusiya təyyarəsi qəzaya uğradı, hamısı öldü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













