Viskonsin ştatında təyyarə qəzası nəticəsində iki nəfər həlak olub
sizinxeber.az xəbər saytı

Viskonsin ştatında təyyarə qəzası nəticəsində iki nəfər həlak olub


ABŞ-nin Viskonsin ştatının Nekimi şəhərində hava şousu yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Açıqlamaya görə, təyyarə Oşkoş Vittman Regional Hava Limanında EAA AirVenture aviaşousundan təxminən 2 mil (3 kilometr) cənubda qəzaya uğrayıb.

Vinnebaqo qraflığının şerif ofisindən verilən məlumata görə, qəza yerinə gələn fövqəladə hallar xidmətinin əməkdaşları təyyarənin tamamilə yandığını aşkar ediblər.

Rəsmi qurumlar ölənlərin adlarını açıqlamayıb. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmalara başlayıb.

Oxşar xəbərlər

Keniyada hərbi helikopter qəzaya uğradı: Azı səkkiz nəfər həlak oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Belçikada təyyarə avtomobillə toqquşub, ölənlər var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təcili: Rusiya təyyarəsi qəzaya uğradı, hamısı öldü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ekvadorda helikopter qəzaya uğrayıb, səkkiz nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçında avtomobil qəzasında həlak olan hərbçimizlə Xaçmazda vida mərasimi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər