ABŞ-də MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət təhqiqatı başlayıb
ABŞ-də Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Con Brennan və Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş rəhbəri Ceyms Komiyə qarşı cinayət təhqiqatı başlayıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ Ədliyyə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Təhqiqat keçmiş idarə rəhbərlərinin ABŞ Prezidenti Donald Trampın Rusiya ilə münasibətlərinin və Moskvanın 2016-cı il seçkilərinə müdaxiləsinin araşdırılması zamanı yol verə biləcəyi pozuntularla bağlıdır.
FTB Konqresdə onların yalan ifadə vermə ehtimalını da araşdıracaq. MKİ-nin hazırkı direktoru Con Ratkliff Brennanın icazə verdiyi pozuntulara dair sübutları FTB-nin rəhbəri Keş Patelə təhvil verib. FTB Brennan və Kominin cinayətə ortaq olduqlarını ehtimal edir.
Oxşar xəbərlər
MKİ-nin keçmiş rəhbəri yalanı ilə ABŞ Konqressini "şoka salıb"
KİV: ABŞ-də Trampa qarşı böyük nümayişlər başlayıb
Trampın keçmiş müşaviri ABŞ-nin KTN rəhbəri ola bilər
Fransa kəşfiyyatının keçmiş rəhbəri azadlıqdan məhrum edilib
Çinin neft korporasiyasının keçmiş rəhbəri rüşvət almaqda şübhəli bilinir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
