ABŞ qırıcıları Trampın qolf klubu üzərində mülki təyyarəni ələ keçirib
ABŞ Prezidenti Donald Trampın getdiyi Nyu-Cersi ştatının Bedminster şəhərində mülki təyyarənin qolf klubunun üzərində məhdudlaşdırılmış hava məkanına daxil olmasından sonra ölkənin Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri səmaya qaldırılıb.
“Report”un xəbərinə görə, bu barədə Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığının nümayəndələri məlumat yayıb.
Açıqlamada qeyd edilir ki, qırıcı təyyarələr Bedminster üzərində müvəqqəti olaraq məhdudlaşdırılmış hava məkanını pozan mülki təyyarəni ələ keçirib. Bundan əvvəl də ərazidə bir neçə oxşar qanun pozuntusu baş verib. Hərbçilər mülki təyyarənin "bölgədən təhlükəsiz şəkildə çıxarıldığını" açıqlayıb.
Tramp daha əvvəl də sahibi olduğu qolf klubuna gedib. ABŞ liderinin iyulun 5-də heç bir ictimai tədbiri yoxdur. ABŞ Prezidenti həftə sonlarını tez-tez bu qolf klubunda keçirir.
Oxşar xəbərlər
KİV: Trampın qolf həvəsi ABŞ büdcəsinə 18 milyon dollara başa gəlib
ABŞ-nin Məxfi Xidməti: Trampın qolf sahələri işləmək üçün çətin yerdir
Tramp sui-qəsd cəhdindən sonra iqamətgahına qayıdıb
Cənubi Koreyanın Prezidenti Donald Trampla qolf oynayacaq
Məxfi Xidmətin əməkdaşı Trampın yanında silahlı şəxsi güllələyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













