ABŞ-nin Məxfi Xidməti: Trampın qolf sahələri işləmək üçün çətin yerdir
sizinxeber.az xəbər saytı

ABŞ-nin Məxfi Xidməti: Trampın qolf sahələri işləmək üçün çətin yerdir


Qolf meydançaları, xüsusən ABŞ-nin keçmiş prezidenti Donald Trampa məxsus sahələr uzun müddətdir, təhlükəsizlik baxımından narahatlıq doğurur və Birləşmiş Ştatların Məxfi Xidməti rəsmilərinin işləməsi üçün çətin yerdir.

"Report"un məlumatına görə, bu barədə mənbələrə istinadən CNN teleşirkəti xəbər yayıb.

Onların fikrincə, bu obyektlər ABŞ dövlətinin keçmiş başçısının müdafiəsi kontekstində təhlükə yaradır, potensial hücumçuların yerləşməsi üçün əlverişli ağaclar, təpələr olan nəhəng açıq sahələrə, eləcə də ictimai yollara bitişikdir.

Bununla belə, Trampın qolf meydançasında olması onu ümumi ziyarətçilər üçün və ya yaxınlıqdakı yolları bağlamağa haqq qazandırmır.

Mənbələr həmçinin diqqəti ABŞ-nin 45-ci prezidentinin Uest-Palm-Biç şəhərindəki “Trump International Golf Club” qolf klubunun üç sıx yola bitişik olmasına yönəldiblər. Qeyd edilir ki, yaxınlıqda Palm-Biç beynəlxalq hava limanı yerləşir.

Oxşar xəbərlər

Məxfi Xidmətin əməkdaşı Trampın yanında silahlı şəxsi güllələyib
Məxfi Xidmətin əməkdaşı Trampın yaxınlığında silahlı şəxsi güllələyib
Tramp sui-qəsd cəhdindən sonra iqamətgahına qayıdıb
Trampa qarşı sui-qəsdə cəhd edən şəxs saxlanılıb - YENİLƏNİB2
ABŞ Məxfi Xidməti Trampı qorumaq üçün əlavə vəsait ayırmaqdan imtina edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle