Ukraynalı professor: Azərbaycanlıların Rusiyada öldürülməsi kök salmış şovinizmin təzahürüdür
sizinxeber.az xəbər saytı

Ukraynalı professor: Azərbaycanlıların Rusiyada öldürülməsi kök salmış şovinizmin təzahürüdür


Yekaterinburqda azərbaycanlıların öldürülməsi Rusiyada Qafqaz xalqlarına qarşı kök salmış dərin şovinizm, güc strukturlarının qəddarlığı və insan haqlarının pozulmasından qaynaqlanır.

Bu barədə “Sizinxeber.az”a "Kiyev-Mogilyan Akademiyası" Milli Universitetinin politologiya kafedrasının professoru Taras Kuzio bildirib.

Onun sözlərinə görə, Rusiyada milli azlıqlara qarşı belə münasibətin kökləri hələ sovet dövrünə gedib çıxır.

"Qafqaz və Mərkəzi Asiya xalqlarına qarşı irqçilik, islamofobiya və ksenofobiya sovet dövründə də (məsələn, sovet ordusunda) mövcud idi və 1991-ci ildən etibarən Rusiyada inkişaf edib", - T.Kuzio bildirib.

Professorun fikrincə, Rusiyanın siyasəti imperiya millətçiliyi, müharibə kultu, şovinizm və ksenofobiya ideologiyası üzərində qurulub.

"SSRİ və Rusiya ənənəvi olaraq Ermənistanı Cənubi Qafqazda müttəfiqi kimi görüb. Eyni zamanda Birinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsini və Azərbaycan torpaqlarının beşdə birinin işğalını dəstəkləyiblər. Azərbaycan bu gün müstəqil dövlətdir və Rusiyanın təsir dairəsinə daxil deyil. Ölkə, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və ya Avrasiya İqtisadi İttifaqının üzvü deyil. Azərbaycan iqtisadi, enerji və hərbi cəhətdən güclü dövlət kimi Türkiyə kimi qüdrətli müttəfiqə malikdir. Bütün bunlar Rusiyada qəzəb doğurur, çünki Kreml hesab edir ki, SSRİ-nin qeyri-rus xalqları marionet dövlətlər olmalıdır", - o vurğulayıb.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Oxşar xəbərlər

Aygün Attar: Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb
"Haber Global": "Rusiyada Putinin liderliyi ilə şovinizm siyasəti daha sərt hal alıb"
Beynəlxalq ekspert: Rusiyada azərbaycanlılara qarşı zorakılıq Stalin repressiyalarını xatırladır
Deputat: Rusiyada azərbaycanlılara qarşı keçirilən əməliyyat təxribat xarakterlidir
Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər