Pakistan Ordusu ölkənin cənub-qərbində iki terrorçunu zərərsizləşdirib
sizinxeber.az xəbər saytı

Pakistan Ordusu ölkənin cənub-qərbində iki terrorçunu zərərsizləşdirib


Pakistan Ordusu Bəlucistan əyalətində keçirdiyi antiterror əməliyyatı zamanı azı iki yaraqlını zərərsizləşdirib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə İslam Respublikasının Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr üzrə İdarələrarası Xidməti məlumat yayıb.

Məlumata görə, iyunun 28-də Pakistan hərbçiləri Duki dairəsini ekstremistlərdən təmizləmək üçün əməliyyat keçirib. Onların hədəfi ölkədə qadağan olunmuş “Fitnə əl-Hindustan” qruplaşmasının yaraqlıları olub. Qarşıdurma zamanı iki terrorçu zərərsizləşdirilib, daha iki silahlı isə saxlanılıb.

Xidmət bildirib ki, hərbçilər arasında itki yoxdur.

Oxşar xəbərlər

Pakistan ordusu ölkənin şimal-qərbində 13 terrorçunu məhv edib
Pakistan Ordusu 13 terrorçunu məhv edib
KİV: Niger ordusu 100-dən çox terrorçunu zərərsizləşdirib
Pakistan hərbi qüvvələri ölkənin şimal-qərbində 7 terrorçunu zərərsizləşdirib
Pakistan Ordusu ölkənin şimal-qərbində əməliyyat keçirib, onlarla terrorçu öldürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər