Lukaşenko İranın nüvə obyektlərinə zərbələri beynəlxalq hüququn "təhlükəli pozuntusu" adlandırıb
sizinxeber.az xəbər saytı

Lukaşenko İranın nüvə obyektlərinə zərbələri beynəlxalq hüququn "təhlükəli pozuntusu" adlandırıb


Belarus İranın nüvə obyektlərinə endirilən zərbələri beynəlxalq hüququn müddəalarının ən təhlükəli pozuntusu hesab edir.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında bildirib.

Lukaşenko bildirib ki, Aİİ sammitində ilk dəfə müşahidəçi dövlətin nümayəndəsi kimi İran Prezidenti Məsud Pezeşkianın iştirakı planlaşdırılsa da, o, məlum səbəblərdən Minskə gələ bilməyib.

"İranın AEBA-nın nəzarəti altında olan nüvə obyektlərinə endirilən zərbələr Nüvə Silahlarının Yayılmaması haqqında müqaviləni və 1949-cu il Cenevrə Konvensiyaları da daxil olmaqla, beynəlxalq hüququn müddəalarını ən təhlükəli şəkildə pozur. Çernobıl Atom Elektrik Stansiyasındakı qəzadan ən çox zərər çəkmiş ölkə olan Belarusda belə hərəkətlərin oyatdığı hisslərdən heç danışmayacağam. O zaman radioaktiv çöküntülər hətta Böyük Britaniya, Almaniya və İsveçdə belə qeydə alınmışdı. Yəqin düşünürlər ki, bu, indi onlara təsir etməyəcək. Xüsusilə də belə əməllər törədən ölkəyə", - Lukaşenko qeyd edib.

Oxşar xəbərlər

İran Atom Enerjisi Təşkilatı: Nüvə sektorunu inkişaf etdirməyə davam edəcəyik
İran AEBA-nın Rəhbərlər Şurasının təcili iclasını çağırıb
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb edib
Lukaşenko: Belarusun nüvə silahı var
BMT-nin baş katibi İsrail, İran və ABŞ-yə çağırış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər