Çeçenistandan olan 3 nəfər Belçikada terror aktı hazırlamaqda şübhəli bilinərək həbs edilib
Əslən Çeçenistandan olan 3 nəfər Belçikada terror aktı hazırlamaqda şübhəli bilinərək radikal qruplaşmanın fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın federal prokurorluğu məlumat yayıb.
“Antiterror istintaqı çərçivəsində çeçen əsilli üç nəfər həbs edilib”, - prokurorluq bildirib.
Qeyd edək ki, iyulun 25-də Belçikanın hüquq-mühafizə orqanları iri antiterror əməliyyatı barədə məlumat veriblər və bu əməliyyat zamanı 7 nəfər saxlanılıb, 14 axtarış əməliyyatı aparılıb. Yeddisinin hamısı Belçikadakı çeçen diasporunun üzvüdür, onlardan dördü azad edilib.
Prokurorluq planlaşdırılan terror aktının məqsədi ilə bağlı hər hansı təfərrüat verməkdən imtina edib.
Oxşar xəbərlər
Məhkəmə İstanbulda törədilmiş terror aktı ilə bağlı 48 nəfəri həbs edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Emin Ağalarov: Bu terror aktı şəxsən mənə və ailəmə toxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransada Olimpiada zamanı terror aktı törətməyə hazırlaşan şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya FTX: Moskvadakı terror aktı ilə əlaqədar 11 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Crocus”da ölənlərin sayı 139-a çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












