Makron yenidən silahlanmaya xərclərin artmasını Rusiya təhlükəsi ilə izah edib
sizinxeber.az xəbər saytı

Makron yenidən silahlanmaya xərclərin artmasını Rusiya təhlükəsi ilə izah edib


NATO-ya üzv olan Avropa ölkələri mövcud Rusiya təhlükəsi səbəbindən yenidən silahlanmaya xərcləri artırmalıdır.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron NATO sammitindən sonra jurnalistlərə açıqlamasında deyib.

"Biz hamımız yenidən silahlanmaya üz tuturuq, çünki sərhədlərimizdə təhlükə mövcuddur. Biz istəyirik ki, müharibə (Rusiya və Ukrayna arasında) avropalıların əsas narahatlığı olaraq qalsın. Bu, uzunmüddətli yenidən silahlanmaya haqq qazandırır", - Makron bildirib.

Fransa lideri vurğulayıb ki, Avropa müdafiəyə daha çox pul xərcləməli və öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır.

Oxşar xəbərlər

Makron Trampın qayıdışı fonunda Avropanı "oyanmağa" çağırıb
Makron: Aİ kosmosda müdafiə sahəsində güclənməlidir
Makron: Fransa ABŞ-dən olan alimlərin qəbulu üçün 100 milyon avro ayıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər