Rubio və Heqset "ABŞ kəşfiyyat məlumatlarının sızmasını" təkzib ediblər
sizinxeber.az xəbər saytı

Rubio və Heqset "ABŞ kəşfiyyat məlumatlarının sızmasını" təkzib ediblər


ABŞ Prezidenti Donald Trampdan sonra ölkənin müdafiə naziri və dövlət katibi də İranın nüvə obyektlərinə endirilən zərbələr nəticəsində dəyən ziyanın böyük olmaması barədə bəyanatları təkzib ediblər.

“Sizinxeber.az” “Sky news”a istinadən xəbər verir ki, nazirlər bunu Haaqada keçirilən NATO sammiti çərçivəsində bildiriblər.

"Ağ Ev dağıntıları orta səviyyədən ağır səviyyəyə qədər qiymətləndirir, bununla belə, daha çox ehtimal var ki, onlar ağır olub və obyektlər məhv edilib", - Pentaqon rəhbəri Pit Heqset vurğulayıb.

O həmçinin qeyd edib ki, Federal Təhqiqat Bürosu məlumatların sızması ilə bağlı araşdırma aparır.

Öz növbəsində, dövlət katibi Marko Rubio bildirib ki, dərc olunan başlıqlar hesabatın məzmununa deyil, mənbənin sözlərinə əsaslanır.

"Biz hətta ABŞ HHQ-nin zərbəsinə məruz qalan obyektin harada olduğunu tapa bilmirik. O, tamamilə məhv edilib", - o əlavə edib.

Gülnar Mahmudova

Oxşar xəbərlər

Marko Rubio: ABŞ NATO-da qalacaq
Pentaqon rəhbəri: Tramp hələ də İranla razılığa gəlməyi düşünür
WP: Rubio və Uolts İranın nüvə obyektlərinə zərbə endirməyin tərəfdarıdırlar
ABŞ dövlət katibi: İran indi nüvə silahı yaratmaqdan uzaqdır
Pentaqon rəhbəri işdən çıxarılacağından ehtiyatlanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər