ABŞ rəsmisi: İranda zənginləşdirilmiş uranın saxlandığı yerlərə zərbələr endirilib
sizinxeber.az xəbər saytı

ABŞ rəsmisi: İranda zənginləşdirilmiş uranın saxlandığı yerlərə zərbələr endirilib


ABŞ-nin İranın Natanz, Fordo və İsfahan şəhərlərinə endirdiyi zərbələr orada yerləşən nüvə obyektlərini tamamilə məhv edib və zənginləşdirilmiş uranın saxlandığı yerlərə düşüb.

“Report”un məlumatına görə, bu barədə bazar ertəsi Ağ Evin nümayəndəsi Kerolayn Levitt bildirib.

"Bəli, biz əminik ki, İranın nüvə obyektləri tamamilə məhv edilib. Bizdə zərbələrin İranın zənginləşdirilmiş uranı saxladığı yerlərə düşdüyünə dair yüksək əminlik var", - o, ABC telekanalına bildirib.

KLevitt qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp zənginləşdirilmiş uranın məhz orada saxlandığına əmin olmasaydı, bu zərbələr barədə əmr verməzdi.

Onun sözlərinə görə, həm Ağ Ev, həm də İsrail əməliyyatın uğurlu olması qənaətindədir.

Oxşar xəbərlər

"Reuters": İran hücumdan əvvəl zənginləşdirilmiş uranın böyük hissəsini Fordodan çıxarıb
ABŞ Prezidenti İrana hücumdan sonra xalqa müraciət edib
Əraqçi: İranda zənginləşdirilmiş uranın hər milliqramı AEBA-nın nəzarəti altındadır
KİV: İran obyektlərinə zərbələr onun nüvə proqramı üzərində nəzarəti çətinləşdirəcək
KİV: İrandan zənginləşdirilmiş uranın üçüncü ölkələrə ixracı ABŞ ilə müzakirə olunmayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle