Qazaxıstan XİN: Yaxın Şərqdəki vəziyyətdən narahatıq
sizinxeber.az xəbər saytı

Qazaxıstan XİN: Yaxın Şərqdəki vəziyyətdən narahatıq


Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin İrana qarşı son hərbi əməliyyatları fonunda beynəlxalq vəziyyətin pisləşməsindən narahatlığını bildirib.

“Sizinxeber.az”un Qazaxıstan bürosu xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“ABŞ-nin İrana qarşı son hərbi əməliyyatları nəticəsində beynəlxalq vəziyyət sürətlə pisləşir və dünyanın bizim hissəsində yerləşən dövlətlərin təhlükəsizliyi üçün təhlükəli nəticələr verir”, - rəsmi bəyanatda deyilir.

Xəzəryanı dövlət olan Qazaxıstan İranla müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirir və münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayır. XİN-in bəyanatında qeyd olunur ki, bütün fikir ayrılıqları, o cümlədən nüvə məsələləri danışıqlar yolu ilə və BMT nizamnaməsinə ciddi uyğun olaraq həll edilməlidir.

Qazaxıstan tərəfi həmçinin maraqlı ölkələri nüvə silahının yayılmasının qarşısının alınmasına və beynəlxalq nəzarət altında yayılmama rejiminə əməl edən dövlətlər üçün təhlükəsizlik təminatlarının təmin edilməsinə yönəlmiş beynəlxalq saziş hazırlamağa çağırıb.

Oxşar xəbərlər

Qazaxıstan Yaxın Şərqdə gərginliklə bağlı narahatlığını ifadə edib
ABŞ İranla fikir ayrılıqlarını diplomatik yolla həllində maraqlıdır
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib
Qazaxıstan və Azərbaycan Xəzər dənizində hərbi təlimlər keçirəcək
Qazaxıstan ATƏT ölkələrini BMT-nin Regional İqlim Sammitinə dəvət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər