ABŞ-nin Ohayo ştatının iki yaşayış məntəqəsinin sakinləri kimyəvi sızmaya görə təxliyə edilib
sizinxeber.az xəbər saytı

ABŞ-nin Ohayo ştatının iki yaşayış məntəqəsinin sakinləri kimyəvi sızmaya görə təxliyə edilib


ABŞ-nin Ohayo ştatının Vinton dairəsində “Austin Powder” partlayıcı zavodunda böyük kimyəvi sızmadan sonra təcili təxliyə elan edilib.

"Report"un məlumatına görə, bu barədə polisə istinadən NBC4 telekanalı məlumat yayıb.

Məlumata görə, Zaleski və Makartur qəsəbələrinin 750-yə yaxın sakini evlərini tərk etmək məcburiyyətində qalıb.

Sızmanın həcmi, ilkin məlumatlara görə, təxminən 11,36 kubmetr olub və kimyəvi maddələr havada zəhərli azot oksidinin əmələ gəlməsinə səbəb olub.

Yerli hakimiyyət orqanları fəsadların aradan qaldırılması üçün tədbirlər görür. Mütəxəssislər insanların evlərinə qayıtmasına icazə verməzdən əvvəl havanın keyfiyyətini yoxlayacaqlar.

Oxşar xəbərlər

Kanadada meşə yanğınları səbəbindən 20 mindən çox insan təxliyə edilib
Floridada qasırğa səbəbindən 5,5 milyon çox insanı təxliyə olunmağa çağırıblar
Sumı vilayətindən təxminən 35 min nəfərin təxliyəsi planlaşdırılır
Parisdə teatrda baş verən yanğına görə 1,5 min tamaşaçı təxliyə edilib
Ohayo ştatında silahlı insidentdə bir nəfər ölüb, 5 nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər