Podolyak: Zelenski Türkiyədə danışıqlara yalnız Putinin iştirak edəcəyi təqdirdə razılıq verə bilər
sizinxeber.az xəbər saytı

Podolyak: Zelenski Türkiyədə danışıqlara yalnız Putinin iştirak edəcəyi təqdirdə razılıq verə bilər


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya nümayəndə heyəti ilə Türkiyədə danışıqlara yalnız Vladimir Putinin iştirak edəcəyi təqdirdə razılıq verə bilər.

Sizinxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak "RBK-Ukrayna"ya açıqlamasında bildirib.

"Əgər Putin orada yoxdursa, deməli, danışıqlar da olmayacaq. Qərarı prezident verəcək – belə bir halda hansısa müzakirənin aparılıb-aparılmayacağına o qərar verəcək. Amma o zaman bu danışıqlar prezident səviyyəsində olmayacaq. Qeyd edim ki, prezident yalnız Putinlə danışa bilər. Çünki qərarları verən və məsuliyyət daşıyan şəxs odur. Qalan bütün proseslər sadəcə təbliğat xarakteri daşıyır", – deyə Podolyak vurğulayıb.

Oxşar xəbərlər

Podolyak: Ukrayna Rusiya ilə danışıqlara hazırdır
Podolyak: 2025-ci il Ukrayna üçün çətin, amma həlledici olacaq
Zelenski: Putinlə Ankarada da, İstanbulda da görüşməyə hazıram
Podolyak: Kurskda baş verənlərin əsas səbəbi Rusiyanın təcavüzkar siyasətidir
Podolyak: ABŞ-la faydalı qazıntılar üzrə saziş Ukraynaya HHM sistemlərinin tədarükünü təmin edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle