Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

"Report" xəbər verir ki, iclasın gündəliyində "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti ilə "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron" və "ADNOC İnternational ProjectCo 1 RSC Limited" şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiqi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsinin və "Maraqlar toqquşması haqqında" yeni hazırlanmış qanunun layihəsinin müzakirəsi daxil olmaqla, ümumilikdə, 10 məsələ var.

İclasa parlamentin spikeri Sahibə Qafarova sədrlik edir.