Almaniya kansleri: Həftənin sonuna qədər Ukraynada atəşkəs bağlana bilər
Yaxın iki gün ərzində Ukraynada uzunmüddətli atəşkəslə bağlı razılaşma əldə oluna bilər.
APA xəbər verir ki, bunu “Bild”ə Almaniyanın yeni kansleri Fridrix Merzə istinadən yazıb.
“Mən çox ümid edirəm ki, bu həftə sonu Ukraynada atəşkəs razılaşması əldə olunacaq”, - deyə o bildirib.
Merzin sözlərinə görə, üç günlük atəşkəsin 30 günə qədər uzadılması ehtimalı var. O zaman sülh sazişi üzrə danışıqlar başlaya bilər.
"Mən bu təşəbbüsü qətiyyətlə dəstəkləyirəm. Onu da bilirəm ki, Fransa, Böyük Britaniya və Polşa hökumətləri bu mövqeyi bölüşürlər. Bu həftə sonu, Moskvada böyük hərbi paradla qeyd olunan gündən sonra atəşkəsə nail olmaq şansı var.", - Merz deyib.
Merz vurğulayıb ki, həm Ukrayna, həm də Avropanın böyük dövlətləri bu təşəbbüsü dəstəkləyir və onunla razılaşır.
Oxşar xəbərlər
Fridrix Merz ilk turda Almaniya kansleri seçilmək üçün kifayət qədər səs toplaya bilməyib
Fransa Prezidenti: Ukraynada atəşkəs bir neçə həftə ərzində əldə edilə bilər
Dövlət Departamenti: ABŞ Ukraynada qısamüddətli yox, uzunmüddətli atəşkəsi dəstəkləyir
Zelenski Ukraynada atəşkəsə hazırlıq müddətini açıqlayıb
Ukrayna üzrə növbəti danışıqlar turu gələn həftə Londonda keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
