Zelenski bu gün Londonda keçirilən danışıqlara münasibət bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski Londonda keçirilən və bir neçə ölkənin nümayəndələrinin sülhə nail olma yollarını müzakirə etdiyi görüşlə bağlı bəyanat verib.
APA xəbər verir ki, Zelenski görüşlə bağlı öz “Telegram” kanalında paylaşım edib.
"Bu gün çoxlu emosiyalar oldu. Amma yaxşıdır ki, beş ölkə sülhə yaxınlaşmaq üçün bir araya gəldi: Ukrayna, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya. Tərəflər öz baxışlarını bildirdilər və bir-birinin mövqelərinə hörmətlə yanaşdılar", – o yazıb.
Zelenski ABŞ-ın öz baxış bucağını paylaşdığını, Ukrayna və digər Avropa ölkələrinin də öz hazırladıqları təklifləri təqdim etdiklərini deyib.
“Ümid edirik ki, məhz bu cür birgə iş uzunmüddətli sülhə gətirib çıxaracaq. Tərəfdaşlarımıza təşəkkür edirik. Ukrayna həmişə öz Konstitusiyasına uyğun şəkildə hərəkət edəcək və biz tam əminik ki, tərəfdaşlarımız, xüsusən də ABŞ, öz güclü qərarlarına uyğun olaraq hərəkət edəcəklər", – Zelenski əlavə edib.
Oxşar xəbərlər
Zelenski: Aprelin 23-də Londonda Ukrayna üzrə danışıqlar keçiriləcək
Zelenski: Ukrayna nümayəndə heyətinin Londondakı əsas hədəfi qeyd-şərtsiz atəşkəsdir
Zelenski Brüsseldə Avropa liderləri ilə görüşəcək
Ukrayna üzrə növbəti danışıqlar turu gələn həftə Londonda keçiriləcək
Zelenski: Ukrayna bu ay bir neçə HHM sistemi alacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













