Britaniya Aİ ilə ticarət müqaviləsi bağlamağa hazırlaşır
sizinxeber.az xəbər saytı

Britaniya Aİ ilə ticarət müqaviləsi bağlamağa hazırlaşır


Böyük Britaniyanın Baş naziri Kir Starmer, Avropa İttifaqı (Aİ) ilə silah satışına dair ticarət müqaviləsi bağlamağa yaxınlaşır.

Sizinxeber.az xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Kir Starmer, Böyük Britaniyanın silah istehsalçılarına Aİ ilə böyük ticarət müqaviləsi bağlamaq imkanı yaradacaq bir razılaşmaya yaxındır. Bu müqavilə, Britaniya silah şirkətlərinin Aİ-dən olan tərəfdaşlarına milyardlarla funt-sterlinq dəyərində silah satmalarına imkan verəcək,” – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bu müqavilə sayəsində Böyük Britaniya şirkətləri, Britaniya ilə Avropa təşkilatları arasındakı əlaqələrin yenidən qurulması çərçivəsində Aİ-nin yeni müdafiə fondu üçün müraciət edə biləcəklər.

Qəzetin məlumatına görə, bu razılaşma 150 milyard avro məbləğində ola bilər.

Oxşar xəbərlər

Britaniya Avropa İttifaqı ilə ərzaq standartlarına dair saziş imzalamağa yaxındır
Britaniya Ukraynaya hərbi satınalmalar üçün 1,6 milyard funt sterlinq verəcək
Britaniya Ukraynaya 600 milyon funt sterlinq dəyərində yardım elan edib
Britaniya ABŞ-dan silah asılılığına son qoymağı planlaşdırır
Böyük Britaniya Ukraynaya yeni “Gravehawk” HHM sistemi təhvil verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle