Böyük Britaniya Ukraynaya yeni “Gravehawk” HHM sistemi təhvil verəcək
sizinxeber.az xəbər saytı

Böyük Britaniya Ukraynaya yeni “Gravehawk” HHM sistemi təhvil verəcək


Böyük Britaniya Ukraynaya yeni “Gravehawk” hava hücumundan müdafiə sistemi təhvil verəcək

APA xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Key Starmer prezident Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransı zamanı deyib.

Baş nazir bildirib ki, bu il Böyük Britaniya Ukraynaya əvvəlkindən daha çox hərbi yardım göstərəcək.

Böyük Britaniya Ukraynaya 150 artilleriya qurğusu və yeni mobil hava hücumundan müdafiə sistemi təhvil verəcək.

Qeyd edək ki, dekabrda Böyük Britaniyanın müdafiə naziri Lyuk Pollard Ukraynanın onlardan artıq 12,8 milyard funt sterlinq yardım aldığını bildirib.

Böyük Britaniyanın xarici işlər üzrə dövlət katibi Devid Lemmi isə açıqlaması zamanı ölkəsinin Ukrayna ordusuna yardım üçün hər il üç milyard funt sterlinq ayıracağını bildirmişdi.

Oxşar xəbərlər

Britaniya Ukraynaya 600 milyon funt sterlinq dəyərində yardım elan edib
Britaniya Ukraynaya 780 milyon dollarlıq yeni yardım paketi ayırır
Britaniya Ukraynaya Beynəlxalq Yardım Fonduna 1,3 milyard dollardan çox vəsait toplayıb
Böyük Britaniya Ukraynaya yeni hava hücumundan müdafiə sistemləri verəcək
Böyük Britaniya Ukraynaya 286 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər