Ukraynanın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirilib
sizinxeber.az xəbər saytı

Ukraynanın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirilib


Ukraynanın Azərbaycandakı səfirliyində Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərinə hücumu nəticəsində həyatını itirənlərin xatirəsinə başsağlığı kitabı açılacaq.


Sizinxeber.az xəbər verir ki, bu barədə Ukrayna səfirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycandakı səfirlikdə matəm əlaməti olaraq Ukraynanın dövlət bayrağı yarıya qədər endirilib.


"Ürəyimiz Krivı Roqdakı qurbanlar və Rusiya təcavüzü nəticəsində hər gün itirilən bütün insanlar üçün ağrıyır".


Qeyd edilib ki, başsağlığı kitabı Ukraynanın Azərbaycandakı səfirliyində bu gün saat 14:00-18:00, sabah isə 12:00-18:00 saatları arasında açılacaq. Eyni zamanda, başsağlığı mesajları [email protected] elektron poçtu vasitəsilə də göndərilə bilər.

Oxşar xəbərlər

Britaniyanın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirilib
İsrailin Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirilib
Matəm günü ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar endirilib
Rusiya səfirliyində dövlət bayrağı yarıya qədər endirilib, xatirə kitabı açılıb - FOTO - YENİLƏNİB
Azərbaycanın İsraildəki səfirliyində dövlət bayrağı yarıya qədər endirilib, başsağlığı kitabı açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle