Zelenski Rusiya ilə danışıqlarda Ukraynanın "qırmızı xətləri"ni açıqlayıb
Ukrayna üçün danışıqlarda prioritet güclü ordudur.
Sizinxeber.az “Unian”a istinadən xəbər verir ki, bunu Çerniqov vilayətində icma rəhbərləri ilə görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, bu, Ukraynanın “qırmızı xətti”dir. Ona görə də Silahlı Qüvvələrdə şəxsi heyət sayının azalmadsınan söhbət gedə bilməz.
Ukrayna lideri hazırda Rusiyanın işğalında olan bölgələrin həmin dövlətin ərazisi hesab olunmasını da ölkəsi üçün “qırmızı xətt” adlandırıb:
“Ədalətli sülh yalnız işğaldakı bölgələr geri qaytarıldıqda mümkün olacaq. Biz Ukraynanın ərazi bütövlüyünün bərpası üçün hər şeyi edəcəyik”.
Bununla yanaşı, Zelenski ölkəsinə veriləcək təhlükəsizlik təminatını da əsas məsələlərdən biri kimi dəyərləndirib.
Oxşar xəbərlər
Zelenski: Şimali Koreya işğalda olan ərazilərimizdə Rusiya hərbçilərinə təlim keçir
Zelenski: Kiyev Səudiyyə Ərəbistanındakı danışıqlarda Ukraynanın maraqlarının nəzərə alınacağına ümid edir
Zelenski Ukraynanın mümkün qədər tez sülh istədiyini deyib
Zelenski Kulebanın istefasına aydınlıq gətirib
Stoltenberq: Ukraynanın müvəqqəti ərazi güzəştlərinə getməsi mümkündür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Elnur Məmmədov: Azərbaycan Ekvadorun Mərkəzi Asiya ölkələrinə ixracı üçün logistik hab olmağa hazırdır
