sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ursula fon der Leyen: Paris sammiti Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını göstərir
"AB-nin Ukrayna üzrə Parisdə baş tutan sammiti göstərir ki, Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq."
APA xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen iclasın yekunlarına dair açıqlaması zamanı bildirib.
"İkinci mövzu Rusiyaya təzyiqləri davam etdirməkdir. Sanksiyaların qüvvədə qaldığı aydın idi. Biz ədalətli və davamlı sülh sazişi istəyirik. Məqsəd budur", - o bildirib.
Onun sözlərinə görə, Ukraynaya qısa müddətdə maliyyə və hərbi dəstəyin necə gücləndirilməsi barədə geniş müzakirə aparılıb.
“Ukraynanın hərbi ehtiyacları, eləcə də maliyyə ehtiyacları ödənilməlidir", - deyə o əlavə edib.
Oxşar xəbərlər
Zelenski Rusiyaya qarşı sanksiyaların yumşaldılması şərtlərini açıqlayıb
Avropa liderləri: Rusiyaya qarşı sanksiyaları ləğv etməyin vaxtı deyil
Ursula von der Leyen: Avropa açıq təhlükə ilə üz-üzədir
Zelenski: Rusiyaya qarşı sanksiyaların ləğvi diplomatiya üçün fəlakət olar
Ursula von der Leyen Zelenski ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













