Ər-Riyadda Ukrayna-ABŞ danışıqlarının daha bir raundu keçiriləcək
sizinxeber.az xəbər saytı

Ər-Riyadda Ukrayna-ABŞ danışıqlarının daha bir raundu keçiriləcək


Ukrayna Prezidentinin Ofisi Ukrayna və ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçirdiyi görüşlərin yeni təfərrüatlarını açıqlayıb.

APA xəbər verir ki, Ukrayana Prezidenti Ofisinin rəhbərinin müşaviri Sergey Leşşenko “Vahid xəbərlər” marafonunun efirində Ər-Riyadda texniki danışıqların baş tutduğunu bildirib.

"Bunlar texniki danışıqlardır. Adətən, danışıqlar bir gün çəkmir. Bəzən onlar aylar çəkir və bəzi danışıqlar, məsələn, Yaxın Şərq nizamlanması, illərdir davam edir, ona görə də mən bu danışıqların buna bərabər olmasını istəmirəm. Sadəcə, başa düşməliyik ki, görüşlər kifayət qədər müntəzəm olacaq və hər görüş ictimai bəyanatlarla bitmir", - Leşşenko qeyd edib.

O, əlavə edib ki, Ukrayna və Amerika nümayəndə heyətlərinin görüşü iki mövzuya aid olub.

Ukrayna-ABŞ danışıqlarının daha bir raundu olacaq

Zelenskinin ofisi ABŞ ilə danışıqların daha bir raundunun keçiriləcəyini təsdiqləyib.

Qeyd olunub ki, Ukrayna nümayəndə heyəti ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar başa çatdıqdan sonra ABŞ ilə əlavə məsləhətləşmələr aparmaq üçün Səudiyyə Ərəbistanında qalmağa davam edir.

Oxşar xəbərlər

ABŞ nümayəndə heyəti gələn həftə Ər-Riyadda Ukrayna rəsmiləri ilə görüşəcək
Zelenski Səudiyyə Ərəbistanına səfər edib
ABŞ-Ukrayna danışıqlarının ikinci raundu başlayıb - FOTO - YENİLƏNİB-1
Rusiya-ABŞ danışıqlarının yeni raundu bu həftə planlaşdırılmır
Moskvanın Ukrayna ilə bağlı danışıqlar aparacaq namizədi hələ müəyyənləşməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle