Britaniyada yarımstansiyada güclü partlayış baş verib, Hitrou Hava Limanı bağlanıb - YENİLƏNİB
Londonun Hitrou Hava Limanı yerli vaxtla saat 23.59-a qədər fəaliyyət göstərməyəcək.
APA-nın xəbərinə görə, bu barədə “Sky News” trelekanalı məlumat yayıb.
“Flightradar24” havada olan ən azı 120 təyyarənin fərqli aeroportlara yönləndirildiyini açıqlayıb.
Hitrou Hava Limanına hər 45 saniyədən bir bir təyyarə enir, yaxud aeroportdan havaya qalxır. Elektrik yarımstansiyasında baş verən yanğının minimum 1351 təyyarə reysinin ləğvinə, yaxud təxirə salınmasına səbəb olacağı gözlənilir.
***
saat 07.49
Londonun cənub-şərqində elektrik yarımstansiyasında güclü partlayış baş verib, Hitrou hava limanı elektriksiz qalıb.
APA xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Nəşr qeyd edir ki, partlayış Heys rayonunda baş verib. Hadisə yerində güclü yanğın baş verib.
Yerli hakimiyyət orqanları güclü alov səbəbindən sakinləri və işçiləri yaxınlıqdakı müəssisələrdən təxliyə etmək qərarına gəlib.
Londonun Hitrou hava limanının yanğına görə müvəqqəti bağlandığı elan edilib.
Oxşar xəbərlər
Britaniyada yarımstansiyada güclü partlayış baş verib, hava limanı bağlanıb
Pakistanda hava limanı yaxınlığında partlayış törədilib, ölən və xəsarət alanlar var
Ben-Qurion hava limanı sentyabrın 2-də bağlanacaq
Moskva-Tbilisi reysi ilə uçan təyyarə Vnukovo hava limanına geri qayıdıb
Qazaxıstanın nazir müavini: Hava məkanımıza daxil olduqdan 28 dəqiqə sonra təyyarə ilə əlaqə itib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













