Türkiyədə Netflix, Disney+, Amazon və Gain platformaları ilə bağlı araşdırma aparılır
Türkiyə Rəqabət Qurumu, abunə əsaslı istəyə bağlı video xidməti təqdim edən rəqəmsal platformalar - Netflix, Disney+, Exxen, BluTV, Amazon və Gain haqqında rəqabət qanunvericiliyinin pozulması iddiaları ilə bağlı araşdırma başladıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Araşdırmanın məqsədi və əhatə dairəsi
Rəqabət Qurumu, bu platformaların rəqabəti məhdudlaşdırıcı anlaşma və tətbiqlərlə qanunu pozub-pozmadığını araşdıracaq. Xüsusilə, Netflix-in məzmun lisenziya müqavilələri çərçivəsində rəqabəti məhdudlaşdırıcı davranışlarının olub-olmadığı yoxlanılacaq.
Rəqabət Qurumu tərəfindən edilən açıqlama
Rəqabət Qurumunun internet saytında yayımlanan açıqlamada, sözügedən müəssisələrə qarşı ilkin araşdırma ilə bağlı qərar verildiyi bildirilib. Əldə edilən məlumat və sənədlərin ciddi və yetərli olduğu qeyd edilərək, bu müəssisələr haqqında araşdırma aparılması qərara alınıb.
Oxşar xəbərlər
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqlənib
“Kahı” aparan nəqliyyat vasitəsindən külli miqdarda narkotik vasitə aşkar edilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
