Almaniyada hava limanlarının əməkdaşları kütləvi tətillərə başlayıb
sizinxeber.az xəbər saytı

Almaniyada hava limanlarının əməkdaşları kütləvi tətillərə başlayıb


Almaniyanın ümumilikdə 28 hava limanının əməkdaşları maaş artımı tələb ilə kütləvi tətillərə başlayıb.

Uçuş cədvəllərində ciddi ləngimələr baş verib

Sizinxeber.az “Associated-Press”ə istinadən xəbər verir ki, bu səbəbdən ölkənin uçuşların ən çox həyata keçirildiyi Frankfurt hava limanı da daxil olmaqla, Münxen, Ştutqart, Köln, Düsseldorf, Dortmund, Hannover, Bremen, Hamburq, Brandenburq, Leyptsiq aeroportlarının iş qrafikində ləngimələr olub.

Etirazlar yarım milyondan çox sərnişinə problemlər yaradacaq

Ölkənin hava limanları assosiasiyası olan ADV-nin məlumatına görə, etirazlar ümumilikdə 510 min nəfər sərnişinə təsir göstərəcək.

Həmkarlar ittifaqının əməkhaqqı və mükafat tələbləri

Almaniyanın Həmkarlar İttifaqı Təşkilatı açıqlama verərək, hazırda müxtəlif sahələrdə çalışan 2 milyon 500 min nəfərin əməkhaqlarının aşağı olduğunu bildirib. Qurum həmçinin işçilərə mükafatların ödənilməsi və üç əlavə istirahət gününün müəyyən olunması ilə bağlı tələblər irəli sürüb.

Bu arada, yerli hakimiyyət orqanları yuxarıda göstərilən tələbləri qəbuledilməz adlandırıb.

Oxşar xəbərlər

Almaniyanın əksər hissəsində hava nəqliyyatı iflic vəziyyətə düşüb
Almaniyanın 11 hava limanında tətillər keçiriləcək
Bakı hava limanı bu il 4 milyondan çox sərnişinə xidmət göstərib
Hindistanda tibb işçisinin öldürülməsi ümummilli tətillə nəticələnə bilər
Almaniyada əlverişsiz hava şəraitiylə əlaqədar 100-dən çox aviareys ləğv edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər