Kir Starmer: Bu, Avropanın təhlükəsizliyi üçün nəsillərin bir dəfə qarşılaşdığı məqamdır
“Biz hamımız sizinləyik, nə qədər lazımdırsa, Ukraynanın yanındayıq”.
APA-nın xəbərinə görə, bu fikirləri London Sammitində Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.
"Guardian" yazıb ki, baş nazir bu cür situasiyalarla "hər nəslin bir dəfə qarşılaşdığını" qeyd edib: “Bu, Avropanın təhlükəsizliyi üçün nəsillərin bir dəfə qarşılaşdığı məqamdır. Ukrayna üçün yaxşı nəticə əldə etmək yalnız doğru və ya yanlış məsələ deyil. Bu, buradakı hər bir xalqın və bir çox başqalarının təhlükəsizliyi üçün çox vacibdir”.
Baş nazir əlavə edib ki, Baltikyanı ölkələrlə daha əvvəl danışıb, çünki onlar da “bizim müzakirəmizin bir hissəsidir”.
Starmer onu da vurğulayıb ki, o, Ukrayna ilə bağlı plan üzərində işləyib, daha sonra bunu ABŞ-la müzakirə edib birlikdə irəliyə aparmaq niyyətindədir.
Onun sözlərinə görə, London Sammiti "ədalətli, davamlı sülhü necə təmin edə bilərik” və Ukraynanı necə dəstəkləyə bilərik" sualına cavab axtarır: “Çünki Rusiya sülhdən danışsa da, amansız təcavüzünü davam etdirir”.
Oxşar xəbərlər
Britaniya Baş naziri: Avropa təhlükəsizliyi ilə bağlı bir anla üzləşib
Kir Starmer Ukrayna münaqişəsinə dair planlarını açıqlayıb
KİV: Makron və Starmer ABŞ Prezidentini Rusiya ilə danışıqlardan çəkindirməyə çalışırlar
Böyük Britaniyanın Baş naziri Meloni ilə görüşüb
Britaniya Ukraynaya 600 milyon funt sterlinq dəyərində yardım elan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













