Zelenski ABŞ ilə imzalanacaq sənəddə Ukraynanın dövlət borcu müddəasının olmadığını deyib
ABŞ ilə imzalanacaq razılaşmada nə 500, nə 350, nə də 100 milyard dollar həcminə borc məsələsi var.
Sizinxeber.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O vurğulayıb ki, haqqında bəhs olunan sənədin Ali Radada ratifikasiyasına ehtiyac yoxdur.
Qeyd edək ki, sözügedən sənəddə ABŞ ilə Ukraynanın bu ölkənin bərpası üçün birgə fond yaratması nəzərdə tutulur. O da göstərilir ki, Ukrayna hökuməti ölkədə hasil olunan təbii ehtiyatlardan gələn gəlirin 50 faizini fondun hesabına köçürəcək. ABŞ isə həm fondun büdcəsinin formalaşmasında iştirak edəcək, həm də bu maliyyə qurumunun vəsaitlərinin Ukraynanın inkişafına yönəldilməsini təmin edəcək.
Öz növbəsində bu fond gələcəkdə Ukrayna dövlətinin balansında olan təbii ehtiyatların işlənməsindən gəlir əldə edəcək.
Müqaviləyə əsasən, fondun aktivləri tərəflərin razılığı olmadan satıla və ya başqasına verilə bilməz.
Oxşar xəbərlər
Zelenski bu həftə Radada Ukraynanın qələbə planını təqdim edəcək
KİV: Zelenski Ukrayna üçün son tarix təyin edib
Zelenski: Ukraynanın Qələbə Planı müttəfiqlərin sürətli qərarlarından asılıdır
Zelenski: Ukrayna bu ay bir neçə HHM sistemi alacaq
Zelenski: Ukrayna müharibəni diplomatik yolla bitirmək üçün hər şeyi edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








