Ukraynada prezident seçkiləri ilə bağlı bəyanat yetərincə səs toplaya bilməyib
Ukrayna Ali Radasının prezident seçkilərinin müharibədən və ölkə ərazisində sülh tam bərqərar olunduqdan sonra keçirilməsini nəzərdə tutan bəyanatı yetərincə səs toplaya bilməyib.
Sizinxeber.az “UNIAN”a istinadən xəbər verir ki, sənəd 226 əvəzinə 218 deputatın dəstəyini qazanıb və müzakirədən keçməyib.
Sənəddə göstərilir ki, Ukrayna parlamenti Konstitusiyada təsbit edilmiş, hakimiyyətin xüsusilə də hərbi vəziyyət şəraitində institusional davamlılığına xüsusi diqqət yetirir:
“Sənəddə o da qeyd edilir ki, Konstitusiyanın 108-ci maddəsinə uyğun olaraq Volodimir Zelenski öz səlahiyyətlərini yeni dövlət başçısı vəzifəsinin icrasına başlayanadək yerinə yetirməlidir”.
Qətnamə layihəsində Rusiyanın Ukrayna lideri Volodimir Zelenskinin qeyri-legitim olması ilə bağlı fikirlərinin diqqəti yayındırmaq məqsədi daşıdığı da əks olunub.
Eyni zamanda, o da göstərilib ki, hərbi vəziyyət rejimi Ukrayna Prezidentinin qeyri-legitim olduğu ilə bağlı bəyanatları Rusiyanın diqqəti yayındırmağa yönələn addımından başqa bir şey deyil.
Oxşar xəbərlər
Avropa Parlamenti Zurabişvilini Gürcüstanın prezidenti kimi tanıyan qətnaməni səsə qoyacaq
Ukrayna Prezidenti: Nüvə silahı istəmirik, vaxtında imtina etdiyimizə görə, müharibə ilə qarşılaşdıq
İrlandiyanın Baş naziri Ukraynada rəsmi səfərdədir
Zelenski: Ukrayna bu ay bir neçə HHM sistemi alacaq
Zelenski: Ukrayna və ABŞ mineral ehtiyatlarına dair saziş üzərində işləməyə davam edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













