Bolqarıstan parlamenti hərbçilərinin Ukraynaya göndərilməsi imkanını məhdudlaşdırıb
sizinxeber.az xəbər saytı

Bolqarıstan parlamenti hərbçilərinin Ukraynaya göndərilməsi imkanını məhdudlaşdırıb


Bolqarıstan parlamenti Silahlı Qüvvələrin Ukraynanın ərazisində hər hansı hərbi əməliyyatlarda iştirak etməsinə qadağa qoyan bəyannamə qəbul edib.

Sizinxeber.az "bnr.bg" saytına istinadən xəbər verir ki, sənədin lehinə 166, əleyhinə 27 deputat səs verib. 11 parlamentari isə bitərəf qalıb.

Sənəddə Ukraynada sülhə çağırış edilməklə yanaşı, yaranmış problemin yalnız yekunda Avropada sülhün və təhlükəsizliyin təmin edilməsinə səbəb olacaq danışıqlar yolu ilə həllinə dəstək ifadə olunur.

Bəyannamənin mətnində həmçinin, hökumətə ölkənin beynəlxalq münaqişələrin həllində sülhpərvər və diplomatik addımlarına yönəlik siyasətini davam etdirməyə çağırış da əksini tapıb.

Oxşar xəbərlər

Avropa Parlamenti Aİ ölkələrini Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verməyə çağıran qətnamə qəbul edib
Avropa Parlamenti Gürcüstan əleyhinə qətnamə qəbul edib - YENİLƏNİB
Avropa Parlamenti Zurabişvilini Gürcüstan prezidenti kimi tanıyan qətnamə qəbul edib
Avropa Parlamenti Ukraynaya 35 milyard avro kreditin ayrılmasını təsdiqləyib
Avropa Parlamentinin qətnaməsində Bidzina İvanişviliyə sanksiyaların tətbiq olunmasına çağırış edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər