Yens Stoltenberq Norveçin maliyyə naziri təyin olunub
sizinxeber.az xəbər saytı

Yens Stoltenberq Norveçin maliyyə naziri təyin olunub


NATO-nun keçmiş Baş katibi Yens Stoltenberq Norveçin Baş naziri Yonas Qar Störenin yeni hökumətində maliyyə naziri vəzifəsinə təyin olunub.

APA xəbər verir ki, onun bu təyinatı gözlənilməz olub və Mərkəzi Partiyanın hakim koalisiyadan ayrılması nəticəsində yaranan siyasi böhran fonunda baş verib.

Bu vəziyyət Avropa İttifaqının qəbul etdiyi 4-cü enerji paketi ilə bağlı yaranan fikir ayrılıqları səbəbindən baş verib. Nəticədə maliyyə naziri Trüqve Slaqsvold Vedum, müdafiə naziri Byörn Aril Qram və ədliyyə naziri Emili Enqer Mel də daxil olmaqla əsas nazirlər istefa veriblər.

Oxşar xəbərlər

Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Xavyer Kolomina yeni vəzifəyə təyin olunub
NATO Baş katibi: Müharibənin bitməsinin ən sürətli yolu Ukraynaya silah verilməsidir
KİV: Stoltenberq Münhen Konfransının yeni sədri olacaq
Stoltenberq NATO-Ukrayna Şurasının iclasını çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər