Kaya Kallas: Avropa İttifaqının öz ordusuna ehtiyacı yoxdur
sizinxeber.az xəbər saytı

Kaya Kallas: Avropa İttifaqının öz ordusuna ehtiyacı yoxdur


Təşkilata 27 üzv ölkə daxil olduğu üçün Avropa İttifaqının öz ordusuna ehtiyacı yoxdur.

APA xəbər verir ki, bu barədə bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə yeni Ali Nümayəndəsi Kaya Kallas “Anadolu” agentliyinə bildirib.

“Biz artıq NATO-nun artıq etdiklərini təkrarlamamalıyıq. Aİ-də 27 ordumuz var və onların hamısı əməkdaşlıq etdiyimiz bu kollektiv müdafiəyə töhfə verməlidir. Hər bir ölkənin müdafiə planı və müdafiə büdcəsi var, ona görə deyə bilmərik ki, “bizə Avropa ordusu lazımdır”, biz bunu deyə bilmərik, lakin NATO və Aİ-yə gəldikdə, bu 27 üzvün birlikdə çox yaxşı işləməsinə ehtiyacımız var”, - Kallas qeyd edib.

O vurğulayıb ki, “NATO-da işləməli olduqları daha çox müttəfiq var və Türkiyə də onlardan biridir”.

Oxşar xəbərlər

Kaya Kallas Suriyanın XİN rəhbəri ilə görüşüb
Hakan Fidan Kaya Kallas ilə telefon danışığı aparıb
Kaya Kallas İordaniyada Suriya ilə bağlı müzakirə aparacaq
Aİ diplomatiyasının rəhbəri Ukraynaya sülhməramlıların göndərilməsinin müzakirəsini tez hesab edir
Kaya Kallas: Suriyada həm ümid, həm də çətinliklər mövcuddur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər