Rumıniyada müxalifətin mitinqi keçirilir
sizinxeber.az xəbər saytı

Rumıniyada müxalifətin mitinqi keçirilir


Rumıniyanın paytaxtı Buxarestdə müxalif Rumınların Birləşməsi Alyansı (AUR) partiyasının üzvləri və tərəfdarları prezident seçkilərinin ikinci turunun ləğv edilməsinə etiraz olaraq kütləvi aksiya keçiriblər.

APA xəbər verir ki, müxalifət siyasətçiləri sosial şəbəkələrdə Universitet meydanından canlı yayımlar ediblər.

Yerli telekanallar Universitet meydanına 2,5 minə yaxın insanın toplaşdığını və mitinq iştirakçılarının sayının artmaqda davam etdiyini bildirir.

AUR lideri George Simion mediaya nümayişçilərin Viktoriya meydanına yürüş etməyi və yerli vaxtla saat 23:00-a qədər orada qalmağı planlaşdırdıqlarını bildirib. O əlavə edib ki, ən azı 50 min nəfərin iştirakı gözlənilir.

“Bizim əsas tələbimiz prezident seçkilərinin ikinci turunun keçirilməsi və Klaus İohannisin (indiki dövlət başçısı - red.) istefasıdır”, - deyə siyasətçi bildirib.

Oxşar xəbərlər

Rumıniyada prezident seçkilərinin I turunun nəticələri ləğv edilib
Rumıniyada prezident seçkiləri keçirilir - YENİLƏNİB
Gürcüstanda "Gürcüstan Avropanı seçir" adlı genişmiqyaslı mitinq keçirilir
Gürcüstanda "Gürcüstan Avropanı seçir" adlı genişmiqyaslı mitinq keçirilib
Gürcüstan parlamentinin mühafizəsi gücləndirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar