Kuleba Blinkendən ABŞ-ın Ukraynaya yardımını davam etdirməsini istəyib
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında Kiyevə yardımın davam etdirilməsini istəyib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ukraynalı nazir yardım çərçivəsində hava hücumundan müdafiə vasitələri və artilleriya sursatlarının göndərilməsini də istəyib.
“XİN rəhbəri ABŞ və beynəlxalq ictimaiyyətin Ukraynaya davamlı dəstəyinin, o cümlədən hava hücumundan müdafiə və artilleriya sursatının zəruriliyini və aktuallığını vurğulayıb”, - deyə nazirlikdən bildirilib.
Qurumun məlumatına görə, tərəflər ABŞ-dan Ukraynaya ehtiyac duyulan dəstək paketini təsdiq etməyin perspektivlərini müzakirə ediblər. Kuleba və Blinken NATO-nun Vaşinqton sammitinin gözlənilən nəticələri barədə də fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Blinken: "Putin amansız işğalçı müharibəsini davam etdirir"
Fransa Ukraynaya 150 PUA və altı "Caesar" haubitsası göndərməyi planlaşdırır
Niderland Ukraynaya 18 F-16 təyyarəsi göndərməyə hazırlaşır
Bu il Rusiya hərbi təyyarələri 300 dəfə NATO hava məkanına yaxınlaşıb
Blinken: “İsveç tezliklə NATO-ya üzv olacaq”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













