

Niderland Ukraynaya 18 F-16 təyyarəsi göndərməyə hazırlaşır
Niderland Ukraynaya göndərilməsi üçün 18 ədəd F-16 təyyarəsini hazırlayır.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "X" hesabında bildirib.
“Mən Baş nazir Mark Rutte ilə telefonla danışaraq Niderland hökumətinə Ukraynaya çatdırılması üçün ilkin 18 ədəd F-16 təyyarəsini hazırlamağa başlamaq qərarına görə təşəkkür etdim. Niderlanda Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlanmasına fəal dəstək verdiyinə görə də təşəkkür etdim və mümkün qədər tez zamanda Aİ-nin Ukraynaya 50 milyard avroluq uzunmüddətli yardım paketini ayırmasının vacibliyini vurğuladım", - Zelenski bildirib.
Ukrayna dövlət başçısı qeyd edib ki, onlar cəbhə xəttindəki vəziyyəti, Qara dənizdəki vəziyyəti və Ukraynanın cari hərbi ehtiyaclarını, həmçinin artilleriya, dron və hava hücumundan müdafiəni müzakirə ediblər.
Oxşar xəbərlər
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq"
"Azəriqaz"ın ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti dayandırılır
Blinken: "Ukraynaya hərbi yardım üçün pulumuz demək olar tükənib"
Yanvarın 1-dən elektron nəqliyyat qaiməsi ölkə üzrə yük daşımalara şamil ediləcək
Rəqəmsal nəqliyyat loqistika informasiya sisteminin konseptual layihəsi hazırlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
