Zelenski və Trüdo təhlükəsizlik sazişi imzalayıblar
Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə səfərdə olan Kanadanın baş naziri Castin Trüdo ilə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin dəftərxanası məlumat yayıb.
“Ukraynada bu gündə bizimlə olduğunuz üçün təşəkkür edirik. Biz iki il ərzində göstərdiyiniz bütün dəstəyə görə minnətdarıq - bu, çox mühüm və çox vacibdir”, - deyə Ukrayna dövlətinin başçısı bildirib.
Görüş zamanı liderlər Ukrayna və Kanada arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Saziş müdafiə və sabitlik də daxil olmaqla müxtəlif sektorlarda ikitərəfli əməkdaşlığın gücləndirilməsi sahələrini müəyyən edən Kanada-Ukrayna strateji təhlükəsizlik tərəfdaşlığı yaradır.
Sənəd Kanadanın 2024-cü ildə Ukraynaya 3 milyard Kanada dollarından çox makromaliyyə və müdafiə yardımı ayırmasını nəzərdə tutur.
Oxşar xəbərlər
İtaliya Ukrayna ilə təhlükəsizlik müqaviləsi imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenskinin Baltikyanı ölkələrə səfəri başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden: "Ukraynadakı münaqişə NATO-nu təhdid edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
NİİM sürücü və sərnişinlərə müraciət edib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












