Parisdə “Dekolonizasiya günü”nə həsr edilmiş etiraz aksiyası keçirilib - FOTO - VİDEO
14 Dekabr 2024-cü il tarixində Paris şəhərinin mərkəzi, Eyfel qülləsinin önündə yerləşən Trokadero - İnsan Hüquqları meydanında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı və Fransız müstəmləkələrinin müstəqillik hərəkatlarının üzvlərinin iştirakı ilə “Dekolonizasiya gününə” həsr edilmiş etiraz aksiyası keçirilib.
Sizinxeber.az xəbər verir ki, etiraz aksiyası zamanı ”Kolonializmə Son, Azadlıq”, ”Azadlıq üçün mübarizə edək”, "Azad gələcək üçün birlikdə", "Dekolonizasiya indi başlayır", “Gəlin tarixi öz sözlərimizlə və öz mübarizəmizlə yenidən yazaq!”, "Torpaqlarımızı və tariximizi bizə geri Ver!" kimi müxtəlif şüarlar səsləndirilib.
Sözügedən etiraz aksiyasında Qəmər adalarını, Quadelupanı, Fransız Polineziyasını, Reuniyonu, Yeni Kaledoniyanı,Sen Martini, Korsikanı və Martinikanı təmsil edən müstəqillik hərəkatlarının nümayəndələri iştirak edib.
Aksiya iştirakçıları 14 Dekabr 1960-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 1514 nömrəli Qətnamənin yerinə yetirilməsi və eyni zamanda beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları koloniyalardakı cari vəziyyətə adekvat reaksiya göstərməyə çağırış ediblər. Aksiyada 30-dək insan iştirak edib.
Qeyd edək ki, BMT Baş Assambleyası 14 dekabr 1960-cı ildə "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə" qəbul etmişdir.
Oxşar xəbərlər
Bakıda COP29 çərçivəsində Avropada miqrantlara qarşı təzyiqlərlə əlaqədar səssiz aksiya keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda etiraz aksiyaları yenidən başlayıb - VİDEO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə müxalif partiyalar parlamentin qarşısında etiraz aksiyası keçirir - FOTO - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda etiraz aksiyaları yenidən başlayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Londonun mərkəzində fermerlər etiraz aksiyası keçiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












