Gürcüstan Prezidenti sanksiyalara görə Zelenskiyə təşəkkür edib
sizinxeber.az xəbər saytı

Gürcüstan Prezidenti sanksiyalara görə Zelenskiyə təşəkkür edib


Gürcüstan Prezidenti Salome Zurabişvili Bidzina İvanişviliyə və daha 18 şəxsə sanksiya tətbiq edildiyinə görə Ukrayna Prezidenti Volodimir Zelenskiyə təşəkkür edib.

Sizinxeber.az xəbər verir ki, Zurabişvili bu barədə “X” hesabında payalşım edib.

“Çox sağ ol, Volodimir. Rusiya Qara dəniz üzərində nəzarəti geri qaytarmaq istəyir”, - Zurabişvili qeyd edib.

Xatırladaq ki, Ukrayna hakim partiyanın lideri Bidzina İvanişviliyə ilə yanaşı, Tbilisi meri və “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze, Baş nazir İrakli Kobaxidze, DTX rəhbəri Qriqol Liluaşvili, daxili işlər naziri Vaxtanq Qomelauri də daxil olmaqla, "Gürcü Arzusu"nun rəhbər vəzifəli rəsmilərinə sanksiya tətbiq edib.

“Biz bu regionda heç bir ölkəni itirə bilmərik – nə Gürcüstanı, nə Moldovanı, nə də Ukraynanı, biz Moskvaya qarşı özümüzü müdafiə etmək üçün birlikdə olmalıyıq”, – Zelenski sanksiyalarla bağlı bildirib.

Oxşar xəbərlər

Litva Bidzina İvanişviliyə sanksiya tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Litvadan sonra Estoniya da İvanişviliyə sanksiya tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan Prezidenti xarici tərəfdaşlarına təcili çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa Parlamentinin qətnaməsində Bidzina İvanişviliyə sanksiyaların tətbiq olunmasına çağırış edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər