İrakli Kobaxidze : Gürcüstandakı dünənki şiddətli mitinqə görə, məsuliyyət avropalı siyasətçilərin üzərinə düşür
Dünən hamı bir daha əmin oldu ki, Gürcüstanda “Maydan” keçirilə bilməz, Gürcüstan dövləti buna imkan verməyəcək.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən mətbuat konfransında bildirib.
Hökumət başçısının sözlərinə görə, dünənki şiddətli mitinqə görə, əsas məsuliyyət Avropanın müvafiq siyasətçiləri, bürokratları və “4 siyasi partiya şəklində təmsil olunan beşinci kolon” olan yerli qurumun üzərinə düşür.
“Artıq üçüncü ildir ki, Gürcüstanın Ukraynalaşdırılmasına nail ola bilməyən bəzi avropalı siyasətçilər və bürokratlar davamlı olaraq namizəd statusundan və danışıqların başlanması məsələsindən ölkəni zəiflətmək, Gürcüstanda qütbləşməni qızışdırmaq üçün istifadə etməyə çalışırlar. Xatırladırıq ki, bu 3 il ərzində ölkənin imicinə zərbə vurmaq, cəmiyyəti sıxışdırmaq üçün əvvəlcə namizədin statusu, daha sonra isə danışıqların açılması mövzusu əsas vasitə kimi istifadə olunub. Dünən hamıya aydın oldu ki, hamı hər şeyi çox gözəl bilir. Sadəcə olaraq, radikallar və onların xarici himayədarları ölkəni pozmağa, Gürcüstanı Ukraynaya çevirmək üçün hər zaman bəhanə uydurmağa çalışırlar. Onlar hələ də dərk etməyiblər ki, 2013-cü ildəki Ukraynadan fərqli olaraq, Gürcüstan güclü institutlara, ən əsası isə təcrübəli və müdrik insanlara malik müstəqil dövlətdir, onun gücünü heç kim sarsıda bilməz”, - deyə baş nazir bildirib.
Oxşar xəbərlər
İrakli Kobaxidze : Dünənki şiddətli mitinqə görə məsuliyyət avropalı siyasətçilərin üzərinə düşür
Kobaxidze: Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər
Gürcüstan ABŞ və Aİ ilə münasibətləri yenidən başlatmaq istəyir
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
Kobaxidze: Avropalı bürokratlar qrant və kreditlərdən Gürcüstana qarşı şantaj kimi istifadə edirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?
-
Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib
-
UNEC-də Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr edilmiş tədbir keçirilib
-
Sumqayıtda 91 yaşlı qadın 9-cu mərtəbədən yıxılaraq ölüb
-
Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.12.2024)