Londonda PKK tərəfdarları ilə polis arasında qarşıdurma baş verib
Böyük Britaniyada terror təşkilatı PKK-ya qarşı aparılan istintaq çərçivəsində 7 nəfərin saxlanılmasından sonra ikinci dəfə etiraz aksiyası təşkil edən terror təşkilatı tərəfdarları yenidən polislə toqquşub.
Sizinxeber.az xəbər verir ki, Londonda "Turnpike Lane" qatar stansiyasının çıxışında toplaşan PKK tərəfdarları daha sonra polisin axtarış apardığı Haringeydə icma mərkəzi adı altında istifadə etdikləri dərnəyə doğru yürüş ediblər.
Yürüş zamanı Türkiyə və Britaniya əleyhinə şüarlar səsləndirən aksiya iştirakçıları dərnək yaxınlığında barrikada qurmaq istəyən polislə toqquşublar.
PKK tərəfdarları polis əməkdaşlarına su şüşələri ataraq hücum etməyə cəhd etdikdən sonra qruplaşma ilə polis arasında dava düşüb.
Hadisə zamanı 4 nəfər saxlanılıb.
Oxşar xəbərlər
Polis Tbilisidə nümayişçilərə qarşı su şırnaqlarından istifadə etməyə başlayıb - FOTO - VİDEO - YENİLƏNİB3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Londonderridə parad zamanı 10 polis əməkdaşı yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə xüsusi təyinatlılar etirazçıları dağıtmağa başlayıb - FOTO - VİDEO - YENİLƏNİB4 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Britaniyada iğtişaşlar zamanı onlarla insan saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə etiraz aksiyasının miqyası genişlənir - FOTO - VİDEO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













