Gürcüstan Prezidenti parlament seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib
Gürcüstan Prezidenti Salome Zurabişvili 26 oktyabr parlament seçkilərinin nəticələrinin konstitusiyaya zidd kimi tanınması iddiası ilə Konstitusiya Məhkəməsinə müraciət edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb.
“Konstitusiya Məhkəməsinə etimad olmasa da, bu iddianın qaldırılması çox vacibdir. Bu məhkəmənin müstəqilliyinə məhkəmənin özü son qərarları ilə böyük zərbə vurdu. Prezident bu qanuni yolu tətbiq edir ki, bütün hüquqi məkandan, bütün hüquqi mexanizmlərdən istifadə olunsun”, - Prezidentin nümayəndəsi Eka Beseliya bildirib.
Qeyd edək ki, Prezident Salome Zurabişvili də daxil olmaqla Gürcüstan müxalifəti 26 oktyabr parlament seçkilərinin nəticələrinin və parlamentin legitimliyini tanımadığını bəyan edib. Gürcüstanın 11-ci çağırış parlamentinə mandatından imtina edən müxalif siyasətçilər ölkədə beynəlxalq nəzarətdə yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər.
Oxşar xəbərlər
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclası noyabrın 25-də baş tutacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan müxalifəti parlament binası qarşısında növbəti etiraz aksiyası təyin edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Salome Zurabişvili seçki saxtakarlığı ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Papuaşvili: Gürcüstan Prezidenti iğtişaşların təşkilində iştirak edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












