Gürcüstan parlamentinin sədri Abxaziyada baş verən hadisələrə münasibət bildirib
İşğalçı hakimiyyətin mövcud olduğu heç bir ərazidə sabitlik mümkün deyil.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Gürcüstanın işğal altındakı Abxaziya regionunda baş verən hadisələrə münasibət bildirərkən deyib.
“Bu, orada işğalçı hakimiyyətin olmasının nəticəsidir. Heç bir qurumun olmadığı, işğalçı hakimiyyətin mövcud olduğu istənilən ərazidə sabitlik mümkün deyil. Odur ki, biz də deyirik ki, vahid Gürcüstan bizim ümumi maraqlarımıza, abxaz soydaşlarımızın mənafeyinə uyğundur. İstər Gürcüstanda, istərsə də başqa yerdə işğal rejimi sayəsində yaradılan istənilən belə boz zonalar həmişə qeyri-sabitlik mənbəyidir, çünki bu, qurumların fəaliyyət göstərmədiyi ərazidir”, - Papuaşvili bildirib.
Qeyd edək ki, bu gün Abxaziya “müxalifəti” qondarma qurumun “prezident”inin istefası tələbi ilə etiraz aksiyası keçirib. Yerli KİV-in məlumatına görə, gərginliyə səbəb Rusiya vətəndaşlarına Abxaziyada daşınmaz əmlak satın almağa icazə verən qərardır.
Oxşar xəbərlər
Parlament sədri: Gürcüstanda hökumət çevrilişinə hazırlıqlar davam edir
Ali Məclis sədri: “Gürcü Arzusu” sülh siyasəti yürüdür
Kobaxidze: Gürcüstan parlamentinin müxalifətin legitimliyinə ehtiyacı yoxdur, onu gürcü xalqı verib
Gürcü spiker: Müxalifət dövlət çevrilişi ssenarisini izləyir
Papuaşvili: Gürcüstan Prezidenti iğtişaşların təşkilində iştirak edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
