Amsterdamda Fələstin tərəfdarlarının nümayişinin onlarla iştirakçısı saxlanılıb
sizinxeber.az xəbər saytı

Amsterdamda Fələstin tərəfdarlarının nümayişinin onlarla iştirakçısı saxlanılıb


Polis Amsterdamın mərkəzində keçirilən və şəhər hakimiyyəti ilə razılaşdırılmayan Fələstin tərəfdarlarının etiraz aksiyasının onlarla iştirakçısını saxlayıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Algemeen Dagblad” qəzeti hüquq-mühafizə orqanlarının məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, çoxsaylı xəbərdarlıqlardan sonra polis aksiyanı dağıtmağa başlayıb. Saxlanılan nümayişçilər avtobuslara mindirilib, bəzi etirazçılar isə etiraz meydanından uzaqlaşdırılıb. Amsterdam polisi və şəhər rəhbərliyi “X” sosial şəbəkəsində nümayişlərə əvvəlki qadağanın qüvvədə qaldığını təkrarlayıb.

De Telegraaf-ın məlumatına görə, nümayişin dağıdılmasının davam etməsinə baxmayaraq, sosial şəbəkələrdə yəhudilərə və İsrail tərəfdarlarına qarşı zorakılıq çağırışları hələ də yayılmaqdadır.

Oxşar xəbərlər

Fransada fermerlər sərgiyə gələn Makrona etiraz ediblər
Demokratların qurultayının keçiriləcəyi Çikaqoda yüzlərlə insan Fələstin üçün küçələrə axın edib
İsrail XİN başçısı Amsterdamda yaralanan yəhudi azarkeşlərə görə Niderlanda gedir
Təl-Əvivdə asayişi pozan beş nümayişçi saxlanılıb
Argentinanın paytaxtında Mileyin siyasətinə qarşı etiraz aksiyası keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle