Almaniyanın Gürcüstandakı səfirliyi: Dinc inqilab mümkündür
sizinxeber.az xəbər saytı

Almaniyanın Gürcüstandakı səfirliyi: Dinc inqilab mümkündür


“Dinc inqilab mümkündür. Berlin divarının yıxılması buna misaldır”.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfirliyinin bəyanatında deyilir.

“Onillər boyunca Almaniya Demokratik Respubikası öz vətəndaşlarını repressiya və zorakılıq sistemində qapalı saxladı. ADR vətəndaşları cəsarət və öz müqəddəratlarını təyin etmək, azadlıqda yaşamaq istəklərini nümayiş etdirərək Berlin divarının dağıdılmasına nail oldular. Bununla onlar Mərkəzi və Şərqi Avropa xalqları ilə birlikdə Almaniyanın yenidən birləşməsinə və azad, vahid Avropaya zəmin yaratdılar. Eyni şeyi bu gün də demək olar: azadlıq öz-özünə gəlmir, biz onun uğrunda mübarizə aparmalıyıq – bu, o vaxt da belə idi və bu gün də, burada və dünyada da belədir”, - bəyanatda qeyd olunub.

Oxşar xəbərlər

Almaniyada Berlin prosesinin 10-cu sammiti keçiriləcək
Veymar Üçbucağı: Gürcüstanın Aİ-yə üzvlük prosesinin de-fakto dayandırılmasına təəssüflənirik
Britaniya Gürcüstanla təhlükəsizlik sahəsində dialoqu dondurub
Avropa Azərbaycan Məktəbi Zəfər Gününə həsr olunmuş fləşmob keçirib
Saakaşvilinin partiyası ana müxalifət statusunu itirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle